Dərs oxumamaq üçün hakerlik edən şagird

0
2493
Dərs oxumamaq üçün hakerlik edən şagird

Dünyanın ən gənc hakeri Çində yaşayır. Onun boynunda bir neçə xuliqanlıq hərəkəti var. Lakin valideynləri ilə ciddi danışdıqdan sonra öz bacarığını yaxşı işlərə sərf edəcəyinə söz verib.

13 yaşlı şagird dərs hazırlamamaq üçün nəyə desən gedər. Amma çox az şagird məktəb kompüterinin onlayn şifrəsini dağıdıb, düzgün cavabları yükləyə bilər. On üç yaşlı çinli məktəbli bunu bacarıb. Əsl adı Van Jenyanqa olan oğlan ölkəsində “ağıllı oğru” adını qazanıb. Oğlanın məharətinə görə, onu Pekinin Sinxua universitetində təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dəvət ediblər.
 
Lakin Vanın əvvəlki xuliqanlıq hərəkətlərini nəzərə alan kütləvi informasiya vasitələri universitet rəhbərliyinin təklifini bəyənməyib. 13 yaşlı Van onlayn konfransda iştirak edərək bildirib ki, məktəb saytının şifrəsini özü üçün yox, yuxarı sinif şagirdləri üçün sındırıb. Müsahibə verən oğlan bildirib ki, bir daha öz istedadını qanunazidd hərəkətlərə yönəltməyəcək.
 

ŞƏRH YAZIN