Qışın Şaxtalı Günlərində Necə Qidaıanmaq Lazımdır?

0
2197
Qışın Şaxtalı Günlərində Necə Qidaıanmaq Lazımdır?

Tibbi ekspertlər belə soyuq havaları necə keçirmək haqda faydalı tövsiyələr verirlər. Qida ilə qəbul etdiyimiz enerjinin bir hissəsi istiliyə çevrilir, buna görə də mütəxəssislər məsləhət görür ki, belə havalarda nəbadə ac qalaraq pəhriz saxlayasınız... 

Belə ki müxtəlif məhsulların termal effekti müxtəlif olur. Ən yüksək qızdırıcı xassələrə zülallı məhsullar malikdir: ət, balıq, süd, belə deyək, yarma və çörək kimi mürəkkəb karbohidratlar. Küçəyə çıxmazdan əvvəl toyuqlu buterbrod və ya yağsız ət yemək olduqca faydalı olar. 

Qarlı havada südlə qarışdırılmış çay da cana faydalıdır. Elə bu içkini də küçəyə çıxmazdan əvvəl və ya əksinə küçədən evə qayıdanda tez isinmək üçün içmək yaxşıdır. Bundan başqa isti çay içdikdən sonra belə şaxtalı hava küçəyə çıxarkən, necə deyərlər, ağzı bağlı saxlamaq lazımdır. Belə havada ağızla nəfəs almaq, bərkdən danışmaq və qaçmaq məsləhət görülmür. Çünki həddən artıq soyumuş selikli qişanın qoruyucu xüsusiyyətləri azalır və belə olan halda çox asanlıqla soyuqdəymə olur. 

Həkimlər qeyd edir ki, əsəbi insanlar daha tez üşüyürlər. Ona görə də, şaxtalı havada endorfin tərkibli qidalar daha məsləhətlidir. Məsələn, gündə 3-4 parça, 7-10 qram 70% kakaodan ibarət olan şokolad yemək yaxşıdır. Şokolad sevinc hormonlarını tez bir zamanda stimullaşdırır. 


Ən əsası, belə havada daha az donmaq üçün yağların qəbuluna nəzarət edin. Gün ərzində 2 çay qaşığı bitki yağı qəbul etmək lazımdır. 30 yaşına qədər olanlar sutka ərzində bu miqdara 20 qr, 30-dan yuxarı olanlar isə 10 qr kərə yağı əlavə etməlidirlər. 

Gün ərzində quru yeməyə öyrəndiyini tərəvəzləri isə bişmiş və ya pörtülmüş halına salmaqla əvəzləyin. Belə etsəniz, ilk növbədə orqanizmin enerji sərfinə qənaət edərsiniz, ikincisi isə ona daxilən qızmağa imkan vermiş olarsınız.

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN