Yalan danışmaq bizə necə təsir edər?

0
2933
Yalan danışmaq bizə necə təsir edər?

 Sağlam olmaq üçün çox zaman əlimizdən gələni edirik. Bol meyvə-tərəvəz yeyir və idmanla məşqul olmaq üçün zaman ayırırıq. Amma bəzən bir məqamı unuduruq. Sağlamlığımıza nə zərər verir?


Alimlərin apardığı araşdırma bu sözləri deməyə əsas verir. Səmimilik tək ruhi sağlamlıq deyil, eyni zamanda insana fiziki sağlamlıq da bəxş edir. Yalan danışmağa vərdiş etmiş adamların səhhəti doğru danışan adamların səhhətindən pis olur.

Orlando Universitetinin alimlərinin keçirdiyi təcrübədə 110 nəfər iştirak edib. Onların yarısına qəti olaraq tapşırılıb ki, yalan danışmasınlar. Digər yarısına isə yalanla bağlı heç nə tövsiyə olunmayıb. 10 həftədən sonra həmin şəxslər yenidən universitetə dəvət olunub və səhhətləri yoxlanılıb. Yalan danışmaqdan qaçan adamlarda baş ağrısı, gərginlik, mədə ağrısı yalan danışan adamlara nisbətdə qat-qat az olub.

ŞƏRH YAZIN