Ev heyvanınız sizin zehni sağlamlığınız üçün faydalıdır.

0
1817
Ev heyvanınız sizin zehni sağlamlığınız üçün faydalıdır.

Amerikada bir ev heyvanı olmaq xariqüladə gözəl hisdir. Çünki onlar inanılmaz dərəcədə çox sevilirlər: 2015-ci il Harris səsverməsinə görə , ev heyvanı olanların 95 %-i onları öz ailələrinin bir üzvü kimi görürlər. Həmin  sahiblərin yarısı heyvanları ad günü hədiyyəsi olaraq alır. Bu isə qarşılıqlı bir münasibətə çevrilir. Ev heyvanı olanların qan təzyiqi, nəbz və ürək xəstəliyi riski ev heyvanı olmayanlara nisbətən daha azdır. Bəs bu sağlamlıq nədən qaynaqlanır? Heyvanlarla oynamaq, mütəmadi gəzinti ehtiyacı kimi ortaya çıxan əlavə məşqlər sizə yeni sağlam həyat verir. Üstəlik, hər zaman yanınızda ən yaxın dostunuzun olduğu reallığı da stresinizi azaldır.

Bu günün alimləri heyvanların zehni sağlamlığın inkişafına və hətta müxtəlif xəstəliklərlə mübarizə aparan insanlara da xeyri olduğunu sübut etmək üçün araşdırmalarında bir az da dərinə doğru gedirlər. Bu tədqiqatların nəzərdə tutulandan kiçik olmasına baxmayaraq nəticələri kifayət qədər tətminedicidir. Belə ki, klinikaların qapıları müalicədə heyvan-dəstəkli müdaxilələrə açılır – başqa sözlə, heyvan terapiyasına -  şüphəsiz, bu müalicə metodundan ənənəvi dərman müalicəsi ilə yanaşı istifadə olunur. Alan Beck-in (Purdue Universiteti nəzdində İnsan-Heyvan Bondu Mərkəzinin direktoru) bu situasiyaya fikri belədir: “Əvvəl xəstəxanada heyvanın olması infeksiyaya şərait yaratmaq qorxusuna əsaslanaraq mümkünsüz sayılardısa, artıq ən azı 1 növ heyvan terapiya proqramı olmayan ixtisaslaşmış uşaq xəstəxanası tanımıram”.
 
Heyvan terapiyasının gün keçdikcə çoxalması artan ciddi elmi tədqiqatlar tərəfindən dəstəklənir. Bu tədqiqatlara əsasən, sosial dəstək (gərginlik və yalnızlığın) təkcə 2 ayaq yox, həmçinin 4 ayaq üstündə də gələ bilər. Bir çox heyvan stresin, qorxu və narahatlığın azaldılmasına öz köməyini nəinki cavanlara, o cümlədən yaşlılara, yəni ehtiyacı olan hər kəsə göstərə bilər. 
 
Alimlərin bu terapiyanın necə işlədiyini və həmçinin heyvanlarla nə qədər müddət əlaqədə olmanın ən yaxşı nəticə verməsini bilməsi üçün hələ çox tədqiqatlar aparmalarına ehtiyac var. Amma nəşr olunan araşdırmalar göstərir ki, heyvan pəncələrinin tibb də və zehni rifahda öz yeri vardır. Beck-in sözlərinə görə, bu məlumatlar güclü qaynağa əsaslanır. “Əgər siz heyvanların insanlar üçün etdiklərinə və onlarla qarşılıqlı təsirimizə nəzər salsanız, bu nəticə o qədər də təəccüblü deyil”. Sahədə ən qabaqcıl elmi tədqiqat nəticələrinə baxaq.
 
Dovşanlar
Bir tədqiqata görə, bir qrup stresli həyat sürən yetkinə dovşan, tısbağa və ya onların oyuncaq formasını sahiblənməyi məsləhət gördülər. Oyuncaqların heç bir təsiri olmadı. Ancaq tüklü və ya sərt qabıqlı olmasına baxmayaraq canlı varlığın tumarlanması onlarda gərginliyin azalmasına öz təsirini göstərmişdi. Başlanğıcda onların heyvanları sevdiyini deməsindən asılı olmayaraq bu müalicə yararlı olmuşdu.
 
Danadişi 
Heyvanların kömək etməsi üçün onları qucaqlamağa ehtiyac yoxdur. 2016-cı ildə Gerontology jurnalında nəşr olunan araşdırmaya görə, bir qəfəsdə 5 danadişi verilən bir qrup yaşlı 8 həftə sonra kontrol qrupuna nəzərən daha xoşbəxt idilər. Görünür ki, bir canlının qeydinə qalmaq fərq yarada bilirmiş.
 
Atlar
Ən çox tədqiq edilən terapiya heyvanları arasında öz yeri olan atlar 1860-cı ildən etibarən Avropada tibbi müalicə proqramlarına daxil edilmişdir. Ata qulluq etmək və onu bir sahə boyu gəzdirməyin uşaqlarda və yeniyetmələrdə TSSB simptomlarını azaltdığı müşahidə olunmuşdur. 
 
Balıq
Heyvanlar insanların diqqətini toplama bacarığına da sahibdirlər. Alzheimer xəstələri rəngli balıqlarla dolu akvarium önündə yemək yeyərkən daha çox yemək yediyi, sağlam qidalarla bəsləndiyi və var-gəl etməyə daha az meyilli olduğu görülür. O cümlədən, onlar daha diqqətli və nisbətən az yorğun və yuxulu hiss edirlər.
 
İtlər
Bəzi araşdırmalar göstərir ki, oxuma ilə problem yaşayan uşaqlar mətni təlim keçmiş itə və təlimçiyə oxuyanda daha az narahatlıq hiss edirlər. İnsan-Heyvan Qarşılıqlı təsiri üzrə Tufts İnstitunun direktoru Lisa Freeman bildirir: “Uşaqların davranışları dəyişir və bacarıqları inkişaf edir”.
 
Qvineya donuzları
Purdue-dən Maggie O`Haire bildirir ki, “Sosiallaşmaqda çətinlik çəkən uşaqlar üçün heyvanlar bu işi asanlaşdırır ”. Onun tədqiqatına əsasən, siniflərində qvineya donuzu olan autizmli uşaqlar həmyaşıdları ilə daha rahat əlaqələr qurur, daha çox gülür və daha az stres nişanələri sərgiləyirlər.  
 
 
Tərcümə etdi : Jalə Mirzəyeva
 

ŞƏRH YAZIN