Zehin Və Bədən İşlərinə Nümunələr

0
3485
Zehin Və Bədən İşlərinə Nümunələr

"Təlqini faydası olmadığını" eşitmiş ya da onların işə yarayıb yaramadığını, yarısının necə yaradığ ilə maraqlana bilərsiniz. Cavab əlbəttə "Vəziyyətə görə dəyişər".Hər şey təlqinə və adamın inanc səviyyəsinə ya da daha doğrusu, inamsızlıq səviyyəsinə bağlıdır. Söylədiyiniz ya da yazdığınız təlqin sizə həqiqi ya da inandırıcı gəlmirsə, böyük ehtimalla sizin nəzərinizdə etibarlılığı olmayacaq. Təlqinləriniz haqqında özünüzü "yaxşı" hiss etməlisiniz. Bu səbəbdən, ən yaxşı nəticəyə çatmaq üçün təlqininizi yazanda özünüzü necə hiss etdiyinizə diqqət edin.

Həqiqətən inandığınız şeyi təmsil etməyən bir təlqin yazarsanız, tərəddüd edər ya da şüuraltı düşüncənizə təbii bir müqavimətlə qarşılaşır və özünüzə mane olarsınız. Bu səbəbdən, təlqinlərinizi sizə inandırıcı gələcək istiqamətdə müsbət bir şəkildə yenidən yazın və yazdıqlarınızı hər gün yüksək səslə bir neçə dəfə söyləyin. (Çünki, yalnız bir dəfə deyilən təlqinlər, şüuraltı düşüncələrinizi  dəyişdirmək üçün kifayət qədər güclü deyil.)
 
Məsələn, "mən buyam" demək yerinə, bu sizə tərs gəlirsə, təlqininizə "Bu müddətdən keçirəm" sözlərini yerləşdirin.
Təlqinlər, özünüzü olmaq istədiyiniz adamın qəlibinə girməyə də köməkçi olar. Təlqinlərinizin "necə" olacağı mövzusunda elastik davranın. Bir şeyi sərbəst və açıq şəkildə söylədiyinizdə, onu qəbul etmə şəklinizlə əlaqədar bir problem yaşamazsınız. "Qalıb" deyərkən, əslində özünüzü redaktə etdiyiniz, bu səbəbdən bu yeni özünüzü zaman içində yavaşca və nəzakətlicə yaratmağınızın lazım olduğunu nəzərdə tuturuq.
 
Təlqinlər üçün istifadə etdiyiniz sözlərə də diqqət edin; çünki, belə etməsəniz, istədiyiniz  şey həyata keçdiyində bir miqdar xaos yaşaya bilərsiniz. Məsələn, mövcud işiniz stressli olduğu üçün yeni bir iş istəyirsinizsə, mövcud işinizdən qovularaq yeni bir işə başlaya və ya özünüzə çox daha stressli bir iş tapa bilərsiniz.
Xaos və ya dramdan qaçmaq üçün, təlqininizə istədiyiniz şeyi zəhmətsiz və yumşaq bir şəkildə əldə edəcəyinizi əlavə edin. Başqa bir deyimlə, təlqinininizdə, sizin üçün müsbət bir dəyişim təmin edəcək və kef alacağınız bir iş tapacağınızı yazın.
"Əyləncəli  və təmin edici bir iş tapma müddətindən keçirəm və bu işə keçməyimin rahat və stressiz olmasına çalışıram."
Bunu cümləyə qarşı hər hansı bir müqavimətiniz olmaz. Hər gün bir dəfə təkrar edin.
Tez iş tapa bilmirsinizsə da bunun əsla tapa bilməyəcəyiniz mənasını vermədiyini unutmayın. İşlərin əvvəl bir sıraya girməsi lazımdır. Bu da bu deməkdir; nə istədiyinizi həqiqətən bilməlisiniz ... Əks təqdirdə, istədiyiniz şeylə eyni yerdə olmaya bilərsiniz.
 
Bu səbəbdən, "mükəmməl işi" gözləyərkən, özünüzə mövcud işinizin stressiz və əyləncəli olduğunu təkrar edin. Artıq, etibardasınız. Əla işiniz yolda, siz mövcud işinizdə daha az stress yaşayarsınız.
Hadisələrin inkişaf şəkli, gözlədiyinizdən fərqli ola bilər. Sonunda yeni bir işə ehtiyac olmadığını, amma mövcud işinizdəki dəyişikliklərə uyğunlaşma təmin etməniz lazım olduğunu anlaya bilərsiniz. Ətrafınızda baş verənlərə reaksiya verməyi öyrəndiyinizdə, həyatınızın hər sahəsində işiniz asanlaşar.
 
Gündə 300 dən çox təlqindən istifadə edən amma heç nəticə ala bilməyən insanlar var. Həll, onun üzərində fikrini toplamaqdır. Sizin üçün həqiqətən əhəmiyyətli olan şeyə diqqətinizi verin. Bu vəziyyətdə, az amma özünüz olmaq yaxşıdır.
Mövcud vəziyyətinizdən dincliyi tapmaq da müvəffəqiyyətə çatmağınızın  bir sonrakı addımı ola bilər. Elə isə, həyatınızda daha çox sevinc ya da sevgi kəşf etdiyinizi düşünüb  işə başlayın. Sadə şeylərlə hərəkət edin.
Özünüzü stressli bir vəziyyətdə tapsanız, sakitləşməyinizə köməkçi olması üçün müəyyən təlqinləri təkrarlaya bilərsiniz. Deyək ki stresslisiniz; varlığınızın dərinlərinə sızaraq, "sakit və dinc" olduğunuzu özünüzə təkrar edin. Mənliyinizin bu möcüzəli enerjiyə axışını izləmək üçün özünüzə zaman ayırın. Bu sürətli və müsbət təlqinlər rahatdır, bu səbəbdən onlardan istifadə etməyə hazır olun.
 
Sözlərdə heç bir müqavimət olmadan, sadə və uzlaşan bir hal olarsa, müsbət təlqinlərlə işləmək çox asan ola bilər. Elə indi bu gün qarşımızdakı  12 ay üçün kilid təlqinlərinizi yazmağa başlayaraq bu 12 ayınızı müsbət bir təcrübə halına gətirmək üçün çox şey edə bilərsiniz.
 
 
Tərcümə etdi: Bəsti  Mehralıyeva

ŞƏRH YAZIN