Sən Dəyərlisən...

0
5998
Sən Dəyərlisən...

Sən dəyərlisən . . .

 
Əvvəla  mən çox  dəyərli və özələm . Birinin məni sevməyi  üçün ona çox şey vermək məcburiyyətində deyiləm. Birinin məni sevməsi üçün özümü ona sevdirməyə  çalışmayacam. 
 
Sevgi içdən gələn sonsuz bir güc və sevgiylə doludur. Bəm-bərk bağlanmaq  bir növ köləlik ,sevgini zəiflədir.Biri sənindirsə onu itirməkdən qorxma . Qorxu , inamsızlıq  üstünə qurulan  münasibətlər bir gün bitir və tükənir. Gözəl anlar  yaşamaq adına normal , adi keçən günlərimi zəhər  etməyəcəm.  Fikirləşdiyin şeylər,yaşadığın şeylər olur. Həyata  açılan bir çox pəncərə var. Sən hansından baxacaqsansa  qərar ver.İnsanı  ən çox bezdirən  şey qərarsızlığın çevrəsində  dönüb  davamlı fırlanmaq ... Elə ki , bu hissin ağırlığı  ilə dəli olmaq ,bu dəli edən düşüncələrdən  qəhretmək  hansı ki artıq  beyin hüceyrələrinin  etirazı və halsız qalan  bədənin yorğunluğu .
 
Birini görmək istəyirsən və o insan  gəlmirsə , sənə özəl anlar  yaratmırsa  bu  kifayət qədər istəmədiyini göstərir . İnsan istədikcə olmazları oldurar , dağları  deşər , möcüzələr ancaq istəyərsənsə sənə tərəf  gələr.
 
Bir fikirləş  indiyə kimi iş , sevgi və ətraf ilə olan münasibətlərdə eyni problemləri  niyə yaşadın ? Həmişə eyni, bir birinin oxşarı olan  insanlar  niyə qarşına çıxır . Yaydığın enerji  necə idi?  Beyin altında  hansı  hiss  səni  bu tərz  bir birinin  eynisi şeylər yaşamağına səbəb oldu ? Səndə  əskik ya da çox  olan nə idi ? İndi  keç və üzləş  özünlə  . Get  keçmişə  tərəf  nə etdin illər əvvəl ?Atan məsələn;  Sevər , dəstəkləyərdimi səni ?  Anan  necə izlər buraxdı  ürəyində ? Dəcəlliklərinin cəzasını hansı əvəzlər ödəyərək  keçirdin?  Bəlkədə  utancaq ,  qorxaq biri idin  bəs niyə deyə soruşdunmu özündən? 
 
Bəlkə də birinin  bir sözü  , bir hərəkətiylə  dəyərsiz  hiss etdin  özünü.  İlk sevgi  təcrübənizdə nələr yaşadın ?  Sevən , dəyər verən  tərəfmi  oldun?  Harada idi  əksiklik  ruhunun  dərinliklərinə  yazılan.  
 
Birilərini sevgi ilə  boğdunmu ? Yoxsa  boğulan tərəfmi oldun ?  Niyə birisi  boğar , birisi boğular , heç fikirləşdinmi ?  
 
Bir insanın bütün  gözəlliklərini   kəşf etmədən , sadəcə əldə etdiyini fikirləşdiyində  ondan qaçdınmı ? Yoxsa budur xəyallarımın  adamı deyib  dəmir atdın limana ? Sənin işin  hazır  təzə bir yola  təzə bir  ürəyə  girmək  üçün  növbə  başqa birinəmi gəldi ? Dedin .
 
Yaxşı , dur və sakit ol . Dərin- dərin  nəfəs al . Hər şeyin  məsulu  sən deyilsən .  Daha balaca  bir uşaqkən  biriləri sənin işə yaramaz  olduğunu  dedi bəlkədə . Kasıblıq , qayğısızlıq  ucbatından  həmişə  arxa plana keçməyin   dərdini  çəkdin  bəlkədə. Ya da  bir oğlan uşağısansa  anan səni heç öpüb  qucaqlamadı  heç  ondan  istədiyin sevgini  görmədin. Atan hər dəfə tənqid etdi  səni  "Bu uşaq adam olmaz " -deyə  qışqıraraq üzünə bir şillə vurdu bəlkədə.
 
Bir qız uşağısansa  bəlkə  bir gün  atan  tərk etdi evi . İlk sevginə  tərəf  qaçdın . Ona əlindəki sevgini uzatdın və o yenə  də getdi  arxasına baxmadan . Bilməzdin ki,  illər sonra  yaşadığın  hər sevgidə  həmişə  bu səbəbdən  dəyər verib ,o insan   səni həmişə  buraxib  gedəcək  qorxusuyla  yaşayacaqdın.
 
Ya da anan ilk oğlan  dostundan gələn  məktubu  üzünə atıb  "Mən səni  məktəbə  oxumağa göndərirəm ,ucuz qız olmağa yox  "dedi . Sonra  buraxdın  özünü , artıq  görünüşünündə gözəl olmasına ehtiyac  yoxuydu.  Özünü   yeməyə verdin. Və adalar  kimi  çəkini  tam da o zaman almış oldun .İndi  bəlkədə  o səbəblə  güzgülərlə  barışıq deyilsən . Şokolad ,  tort  hər cür  xırda-xuruş  içindəki  boş olan  sevgi hislərini  , o heç bağlanmayan  boşluğu doldurmaq , özünü  xoşbəxt etmək  üçün idi . 
İndi silkələn və özünə gəl . Həyat  sənə  təzə bir fürsət  verir.  Üzünün  gülməyinə  icazə ver . Keçmişdəki  yaraları sevginlə bağla . Təbiətin  şəfa dolu  əllərindən,yaradandan kömək istə  . Özünü hər halınla sev. Dəyər ver.  Gül , şanslısan  çünki fərqindəsən artıq həyatın .
 
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN