Xoşbəxt Olmağın Sadə Yolları

0
3197
Xoşbəxt Olmağın Sadə Yolları

Sən də xoşbəxt olmaq istəyirsən? Əlbəttə. Buna haqqın da var və xoşbəxt olmaq elə də çətin deyil. Sadəcə bir iki sirr bilsən kifayətdir. Həmin sirləri diqqətinizə çatdırırıq. 


1. Keçmişinizə çox da boylanmayın. Əgər ötən zamanda buraxdığınız səhvlər haqqında düşünəcəksinizsə, xoşbəxtliyə gedən yollarda azıb qalacaqsınız. Buraxdığınız səhvlər haqqında düşünün, ancaq peşimanlıq hissi ilə yox, bir daha həmin səhvlərə yol verməmək üçün həmin anlardan nəticə çıxarın. 


2. Şükürlü olmaq insanı xoşbəxt edə bilər. Nailiyyət və uğurlarınızla sevinməyi bacarın. Uğurlarınıza qiymət vermək üçün dünyanın ən uğursuz insanları ilə özünüzü müqayisə edin və qənaətə gəlin ki, siz hələ çox şeylərə qadirsiniz. 


3. Mənəvi dəyərlərə daha çox üstünlük verin. Unutmayın ki, mənəvi rahatlıq ən böyük xoşbəxtlikdir. 


4. Xoşbəxt olmağın sirlərindən biri də Tanrının bəxş etdikləri ilə qane olmaqdır. Əgər siz sağlam bədənə və iş qabiliyyətinə maliksinizsə, deməli, xoşbəxt insansınız. Allahın sizə verdiklərindən səmərəli istifadə edin. 


5. Paxıllıq hislərindən nə qədər çox uzaq olsanız, bir o qədər də xoşbəxt olacaqsınız. 


6. Sevdiklərinizdən öz sevginizi əsirgəməyin. Sevgi hislərinizi səxavətlə doğmalarınıza bəxş edin. Bu həm sizi, həm də doğmalarınızı xoşbəxt edəcək. 

 

7. “Hər şey məndə  olmalıdır” şüarından uzaq olmağa çalışın. Çünki sizin istəklərinizdən asılı olmayaraq Tanrı əməllərinizə görə layiq olduğunuzu özü müəyyənləşdirəcək. 

 

8. Çalışın ki, həyatınız sevgi və xoş münasibətlərlə zəngin olsun. Xoş hislər və məhəbbət olan yerdə həmişə xoşbəxtlik də olur. 


9. Mərhəmət hissini qəlbinizdən əskik etməyin. Mərhəmətli insanları Allah həmişə dəyərincə qiymətləndirir. 


10. Sağlamlığınıza diqqət yetirin. Sağlam ruh xoşbəxtliyin açarıdır və hər bir insanın sağlamlığı Yaradanın əmanətdir. 

 


11. Ən başlıcası isə insanları dəyərləndirməyi bacarın. Ətrafınızda əməli saleh olan insanları qiymətləndirsəniz, bu sizin mövqeyinizi müəyyənləşdirəcək. Siz də insanlar tərəfindən layiq olduğunuz qiyməti alacaqsınız. Xoşbəxtliyə gedən yollarda əməliniz saleh, niyyətiniz təmiz olsun. Unutmayın ki, bu müvəqqəti həyatda xoşbəxt olmağınız öz əlinizdədir. 

Korrektə etdi: Elnarə İzel

 

ŞƏRH YAZIN