Üzr Istəmək Böyüklükdür!

0
4706
Üzr Istəmək Böyüklükdür!

Bağışlamaq böyüklükdürsə, üzr istəmək daha çox böyüklükdür. Mübahisələr, dava-dalaş, söz-söhbət olan işdir. Amma münasibətlərin heç yerdən kəsilməsi insanı sonradan peşmançılığa sürükləyə bilər. Bunu qarşısını alan yeganə söz isə "bağışla" sözüdür. Hər birimiz ürəyimizdən gələrək səmimi şəkildə bu kəlməni işlədib qarşımızdakı insandan bağışlanmağımızı istəyə bilərik. Çünki üzr istəmək özü də bir böyüklük hesab edilir.

İlk siz üzr istəyin.

Günahkar tərəfin nə vaxtsa üzr istəməyini oturub gözləmək lazım deyil. Siz sevgini qorumaq istəyirsiniz? Nikahı qorumaq istəyirsiniz? Onda ilk siz hərəkətə keçin! Bundan başqa üzr istəmək qabiliyyəti onu sübut edir ki, siz həqiqətən də güclü və yetişmiş şəxsiyyətsiniz. "Bağışla" sözü sizi yalnız yuxarı qaldıracaq və heç vaxt sizi alçaltmayacaq.

Nə üçün üzr istədiyinizi dəqiq deyin.

Geniş yayılmış bağışlamaq frazalarını işlətmək lazım deyil: "Bağışla ki, mən belə incitdim" və ya "Bağışla, mən pisəm". İncidilmiş tərəf bilməlidir ki, siz nəyə görə münaqişə yaratdığınızı anlamısız. Buna görə dəqiq olun: Məsələn- "Bağışla ki, dünən səhər mən birdən sənə irad tutmağa başladım və sənin əhval-ruhiyyəni korladım".

İttiham etməyin.

Onu unudun ki, sizi də həmiçinin incidiblər, deyək ki qoyun bu onun vicdanında qalsın. Siz öz günahlarınız üçün üzr istəyin, buna görə demək lazım deyil: "Bağışla, amma sən də həmçinin…".

Göstərin ki, siz onu həqiqətən də sevirsiniz.

Onu sığallayın, yanağından öpün və sadəcə nəvaziş göstərin, tezliklə onda inciklikdən əsər-əlamət qalmayacaq!
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN