Sərmayəsiz Edə Biləcəyiniz Yaradıcı İşlər.

0
2444
Sərmayəsiz Edə Biləcəyiniz Yaradıcı İşlər.

 Yaradıcı bir insansınızsa və sərmayəsiz bir işə başlamaq istəyirsinizsə sadəcə əl işi hazırlamaq və satmaqla bitdiyini düşünməyin. Əslində bir çox iş seçənəyiniz vardır.


Yaradıcı insanlar sadə düşüncə tərzinin xaricinə çıxaraq geniş bir prespektivdə düşünərlər. Bu səbəblə də bizim ağlımıza gəlməyən iş fikirləri onların ağlına asanlıqla gələr.
Müəllim, yazıçı, dizayner və daha çox  misal göstərə bilərik.

İnternetin sayəsində insanlar məlumatlara daha asan çatır, digərləri ilə əlaqə qura bilir və işlərini daha sürətlə yerinə yetirə bilər hala gəlmişlərdir. Eyni zamanda həyat 
tərzlərimiz dolu və sürətli hala gəlmişdir. 

Günümüzdə müştərilər suallarının qısa zamanda cavablandırılmasını və problemlərinin sürətlə həll olunmasını istəməkdədirlər.

Və budur bu nöqtədə yaradıcı insanlar sərmayəsizpul qazanmaq mövzusunda ən yaxşı yerdə durarlar. Bənzərsiz bacarıqlarını insanlar üçün məhsullar və ya xidmətlər təmin
etmək üçün istifadə edərlər.

Planlayıcılar.
Tədbir (etkinlik, event) planlamaçılığını götürək. İnsanlar öz  partilərini, tədbirlərini təşkil edə bilərlər, amma ortalama bir insan üçün bu işi görmək sıxıcı və yaxud vaxt
itkisidir. İstər bütün bəzək əşyalarının alınması, oyunların və menyunun planlaşdırılması olsun, istərsə də bütün tədbirin bir professional tərəfindən təşkil edilməsi olsun, çox
insan üçün bir planlayıcı ilə çalışmaq daha tərcih edilən bir seçimdir. 

Partilər, tədbirlər və ya digər təşkilati işləri planlamaqdan xoşunuz gəlirsə bu işə başlaya bilərsiniz. Hamısını bir arada paket kimi təqdim edə bilərsiniz və ya tədbir sahiblərinin
addım-addım izləyə biləcəyi parti ssenarilər yaza bilərsiniz. 

Əyləncə.
Bir digər örnək isə əyləncə hazırllamaqdır. İnsanlar əylənmək istəyər, amma çoxları əylənmək üçün yaradıcı və əyləncəli fikirlər tapmaq mövzusunda çətinlik çəkərlər.

Son zamanlarda həyata keçirilən fikirlərdən də rəsm tədbirləridir. Müştərilər müəyyən bir xərc ödəyərək bir rəsm evində bir tərəfədən şəkil çəkərkən, digər tərəfdən də
əylənməkdədirlər. Rəsm müəllimi, rəng alətləri və içkilər sizin tərəfinizdən tədarük edilir. Bu səbəblə də bütün müştərilərin etməsi lazım olsan tək şey rəsm evinə gəlmək 
və əylənməkdir. Yaradıcı bir iş fikridir deyilmi?

Yazıçılar.
Yaradıcı təşəbbüskarların çoxu digital kitablar və ya digər yayınlar vasitəsilə istifadəçilərə aktual məlumatlar təqdim etməkdədirlər. E-kitab yazmaq və yayınlamaq ortalama
insanlar üçün belə asan işdir və sərmayəsizdir. Bununla bərabər əgər yaradıcı insansınızsa rəqabət üstünlüyü də yarada bilərsiniz. 

Təşkilatçılar.
Yaradıcı insanlar eyni zamanda professional təşkilatçılar da ola bilirlər. Təşkilatçılar insanların öz-özlərinə həll edə bilmədikləri mövzularla əlaqədar yaradıcı həll yolları
tapa bilmək üçün at gözlülərini çıxardaraq fərqli düşünmək məcburiyyətindədirlər.

Bu professionallar sadəcə "yaradıcı fikirlər" tapmazlar, eyni zamanda işləri də həll edərlər. Müştərilər üçün ən asan və ən sürətli həll yollarını taparlar.

Yeyinti.
Və təbii ki yeyintilər. Mətbəxdə hazırlaya biləcəyiniz bir sürü  seçim vardır. Son zamanlarda yaradıcı təşəbbüskarların öz evlərindən tortlar, kekslər və müxtəlif yeyinti məhsulları 
hazırlayıb sataraq pul qazanmaqdadırlar. Hər birimiz yemək hazırlaya bilərik, lakin önəmli olan yaradıcı dadlar tapmaq, bənzərsiz təqdimatlar və  ya göstərişli qablaşdırmalar
hazırlamaqdır. Əlavə əyləncəli atışdırmalıqlar hazırlayaraq da insanların dostlarına bu atışdırmalıqları təklif etmələrini və ya hədiyyə etmələrinə fürsət yaratmış olarsınız. 

Gördüyünüz kimi yaradıcı insanların əl işi məhsulları hazırlayıb satmaqdan başqa edə biləcəkləri bir sıra sərmayəsiz iş vardır. İnan ki bunlar kimi daha yüzlərlə sərmayəsiz iş fikri 
tapa bilərsiniz. Bu tamamilə sizə və yaradıcılıq imkanlarınıza bağlıdır. 
 


Tərcümə edən: Yəhyalı Cəlalə

ŞƏRH YAZIN