Wall Street dahilərindən 15 fikir

0
3350
Wall Street dahilərindən 15 fikir

1. Uorren Baffet, dahi investorun sərvəti 39 milyard dollar həcmində qiymətləndirilir:

“Qiymət – sənin ödədiyindir. Dəyər sənin əldə etdiyindir. Fərqi yoxdur, söhbət səhmlərdən gedir, ya corablardan. Mən yaxşı məhsulu, onun qiyməti verilməmişdən öncə almağı daha üstün tuturam. 

2. Corc Soros, sərvəti 22 milyard  dollar:

“Mən yalnız ona görə varlıyam ki, haqlı olmadığım anları görürəm. Daha sadə dildə desək, mən ona görə sağ qalmağa müəssər olmuşam ki, öz səhvlərimi etiraf etməyi bacarıram. 

3. David Rubenşteyn –sərvəti 2,8 milyard dollar həcmində qiymətləndirilir:

“İnadkar olun, “yox”-u cavab kimi seçməyin. Əgər siz riskə getmədən və bir yerdə oturaraq, özünüzü xoşbəxt hiss edirsinizsə, onda növbəti 20 ildə də həmin yerdə oturacaqsınız. 

4. Rey Dalio, sərvəti 6,5 milyard dollar:

“Məhz özlərini və eləcə də digərlərini obyektiv qiymətləndirməyə can atmaq xüsusiyyəti öz potensialını qiymətləndirməyi bacaranları hamıdan fərqləndirir." 

5. Eddi Lampert: sərvəti 3 milyard dollar:

“Öncədən duyma qabiliyyəti həm investisiya, həm də digər bizneslərdə ən vacib rol oynayır. Situasiyanın tam aşkar olacağını gözləməyə dəyməz. Düşünmək lazımdır – bəziləri konkret şəraitdə məhz bunu ediblər, düşünüblər yəni. İndi isə yeni şəraitdə bundan sonra nə etmək lazım olduğunu dərk etmək gərəkdir. 

6. T. Bun Pikkens, sərvəti  1,4milyard dollar:

“Yaşa dolduqca, hara getməli olduğumu daha yaxşı görürəm. Əgər siz fil ovuna çıxmısınızsa, dovşanlardan ötrü fikri yayındarmağa dəyməz”. 

7. Çarli Münqer, sərvət 1 milyard dollar:

“Əgər siz bizim son 25 qərarımıza baxsanız, bizim bilavasitə əldə edilmiş nəticələrimizi görərsiniz. Heç bir hiperaktivlik olmasa da, səbr və təmkin ümmanlar qədərdir. Şans yarananda isə ondan maksimal istifadə etməyə çalışın. 

8. Devid Tepper, xalis sərvəti 5 milyard dollar:

“Bu kompaniya ucuz görünür, o kompaniya ucuz görünür, amma bütünlükdə iqtisadiyyat işin mahiyyətini tam dəyişir. Burada ən vacibi gözləməkdir. Bəzən ən ağır iş – ümumiyyətlə heç bir iş görməməkdir. 

9. Benjamin Qrexam:

“İndividual investor həm spekulyant kimi gözlənilməz, həm də investor kimi ardıcıl hərəkət etməyi bacarmalıdır. Bu o deməkdir ki, o etdiyi hər bir alış əməliyyatı və ödədiyi qiymət barədə ədalətli fikir yürütmək iqtidarında olmalıdır. Qiymət obyektiv, əsaslı olmalı, və investorun ödədiyindən daha çox qazana bilib-bilməyəcəyi sualına cavab verməlidir. 

10. Luis Bekon, təmiz sərvəti 1,4 milyard:

“Əgər siz spukulyantsınızsa, onda sizə xaos və qayda-qanunsuzluğu qəbul etməli olacaqsınız. 

11.  Pol Tyudor Cons, xalis sərvəti 3,2 milyard dollar:

“Ən vacibi situasiyanı nəzarətdə saxlamaqdır, heç zaman “tapmaca tapmamaq”, ticarət aparmaq və öz maraqlarını qorumaq lazımdır. Son nəticədə isə həcmin heç bir əhəmiyyəti yoxdur 

12. Brüs Kovner, xalis sərvəti 4,3 milyard dollar:

“Belə hesab edirəm ki, yeni başlayan treyderlər lazım olduğundan 3-5 dəfə daha çox ticarət aparır. Yeni başlayanlar üzərində 5-10% risk götürür, halbuki bu rəqəm cəmi 1-2% təşkil etməlidir”. 

13. Rene Rivkin, xalis sərvəti 346 milyon dollar:

“Hər hansı bir səhmi alanda , özünüzə  bir sual verin: Bəs mən bu şirkəti bütövlükdə almaq istərdimmi?” 

14. Piter Linç, xalis sərvəti 352 milyon dollar:

“Mən düşünürəm ki,ən vacibi hər bir səhmin arxasında bir kompaniyanın dayandığını dərk etməkdir. Hər bir səhmin qiymətinin yüksəlməsinin isə yalnız bir gerçək səbəbi var. Kompaniyanın sahib olduğu biznesin vəziyyəti pisdən yaxşıya doğru dəyişir. Balaca kompaniyalar isə daha da böyük olur. 

15. Con Templton, təmiz sərvəti 20 milyard dollar:

“Maksimal pessimistlik dövrü nəsə almaq üçün ən münasib vaxtdır. Maksimal optimistlik dövrü isə satışlar üçün ən yaxşı dövrdür”.  

 

ŞƏRH YAZIN