Uğurlu karyera işgüzar yazışmadan başlayır

0
2066
Uğurlu karyera işgüzar yazışmadan başlayır

Pulsuzluqdan ölən anasını heç unutmadı Edhi. Dilənçilikdən yığdığı pullarla yoxsulların da yararlana biləcəyi sağlamlıq mərkəzləri açdı. Hekayəsini öyrənən Pakistanlılar hal-hazırda 83 yaşında olan Edhiyə maddi köməkliklər göstərirlər. İşləməyi və istehsal etməyi diqqət mərkəzinə çəkən  müasir cəmiyyətin ən böyük düşməni dilənçilərdir. Bu səbəbdən də qəzetlərdə tez-tez gördüyümüz "Dilənərək sərvət yığdı" başlıqlı xəbərlər bizi əsəbləşdirir. Dilənçiləri qürursuzluqla, gücsüzlüklə və asana qaçmaqla ittiham edirik. Çünkü biz dayanmadan işləyərkən, onlar alışdığımız tərzdə işləmədən yaşamağı bacara bilmişdirlər. Bəs buna baxmayaraq dilənçilərə nə üçün pul veririk? Bəlkə, "başımın gözümün sədəqəsi olsun" deyərək verdiyimiz pulun özümüzə bir fayda geri gətirməsini ümüd etdiyimizdən, bəlkə də başqa səbəblərdən. Bəs dilənçilər? Onlar özlərinə verilən bütün pulları yalnız şəxsi ehtiyacları üçün istifadə edirlər? Bəlkə çoxu elədir. Lakin "dünyanın ən yaxşı dilənçisi" olaraq tanınan Abdül Edhi əminliklə deyə bilərik ki, onlardan biri deyil.

İlk təcili yardım maşınını o aldı.
Xəstəxanaların az, həkimlərin nadir olduğu Pakistanda yaşayır Edhi. Onu Karaçinin küçələrində adi bir dilənçilikdən qəhrəmana çevirən  hekayə isə, pulsuzluqdan həkimə apara bilmədiyi anasını itirməsi ilə başlandı. Onun sözlərinə görə, ölkəsində hər il asanlıqla müalicə edilə biləcək xəstəliklər üzündən on minlərlə insanın həyatını itirməsi, o zamanlar gənc bir adam olan Edhini üsyan nöqtəsinə gətirdi. Dilənərək qazandığı pulları qəpik-qəpik yığan Edhi, 1951-ci ildə kiçik bir müayinə mərkəzi açdı. Əldə etdiyi dərmanları satış qiymətindən aşağı ehtiyac sahiblərinə satan və yoxsulların bu mərkəzdə pulsuz sağlamlıq xidməti almasını təmin edən Edhi, cəmiyyətin güvənini qazandıqca, xeyirsevərlər ona daha böyük miqdarda pullar bağışlamağa başladılar.
 
Pulları paylayıram. 
Varlılardan "oğurlayıb" kasıblara paylayan İngilis xalq qəhrəmanı Robin Guddan dərqinin insanların öz istəkləri ilə verdiyi pulu paylamaq olduğunu deyən Edhi, nəyə görə "Yaxşılıq mələyi" olaraq adlandırıldığını isə bu cür başa salır: "Yoxsul bir insan olduğun doğrudur, lakin pula məndən daha çox ehtiyacı olan insanlar var. Bu səbəblə də qazandığım pulları onlara verməkdə bir an olsun belə tərəddüd etmədim.  20 ildirki eyni şalvar və eyni ayaqqabıları geyinirəm. Yaxşı bir müsəlman bu cür olmalıdır. Çünkü din,dil, irq ayırmadan insanlığa xidmət etmək ən böyük savabdır.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN