10 Addımda Övladınızı Məktəbə Hazırlayın

0
2297
10 Addımda Övladınızı Məktəbə Hazırlayın

Məktəblərin açılmasına sayılı günlər qaldı... Artıq balacalarımızın tətildən dərs prosesinə hazırlığı gərəkdir. Psixoloq Reyhan Algül 10 addımda uşağımızı məktəbə hazırlamağın yollarını açıqladı. 

Məktəbə yorğun başlamamaları üçün, motivasiyalarının canlanması, dolayısıyla, dərsin ilk gününün kabusa çevrilməməsi üçün tətilin son iki günü çox önəmlidir. Övladımızın fizioloji və psixoloji cəhətdən düzgün şəkildə məktəbə hazırlanmasında diqqət yetirilməli olan sadə amma təsirli yollar vardır. Bir yandan övladımızın tətilin son günlərinin dadını çıxartması, digər yandan isə dərsə hazırlanması üçün aşağıdakılar önəmlidir:
 
1.Yuxu saatını tənzimləyin !
Tətilin son günlərində yuxu saatının qaydasında olmasının böyük əhəmiyyəti vardır. Tətil müddətində sərbəst saatlarda yatıb – duran uşaqların məktəbdə çətinliklərlə üzləşməmələri üçün onları əvvəlki yuxu saatlarına qaytarmaq lazımdır. Xüsusən də məktəbin başlamasından bir gün əvvəl uşaq gec yatarsa səhəri gün oyanmaqda çətinlik çəkər, yaxud, məktəbə getmək istəməz.
 
2.Düzənli qidalanmasını təmin edin !
Tətildə uşaqların daha çox ayaqüstü yeməklər yediyi, gec oyandıqları üçün qəlyənaltı etmək istəməmələri bir gerçəkdir. Küçədə oynayan, hətta evdə olmasına baxmayaraq nahar etməyən uşaqlar da var. Amma artıq əvvəlki normalarına qayıtmaları şərtdir. Yağlı, qızartma, çox şirin qidalardan uzaq tutulmaları vacibdir. 
 
3.Televizor və tabletdən tədricən uzaqlaşdırın !
Istirahət müddətində TV izləmə, tabletlə oynamada nə qədər məhdudiyyətlər qoysaqda bəzən buna məhəl qoymurlar. Amma artıq son günlərdə tədricən sərbəstliyi azaldın. Bu məsələyə ciddi yanaşmalı, xüsusən də yatmazdan əvvəl TV izləmək və ya tablet istifadə etmək yerinə, kitab oxumaq, söhbət etmək faydalı ola bilər. 
 
4.Tapşırıqları son günə saxlatmayın !
Yarımil üçün tapşırıq verilibsə bunların son bazar günü və ya gecəyə saxlanmaması lazımdır.
 
5.Ona güvəndiyinizi hiss etdirin !
Məktəb açılmadan əvvəl övladınızı motivə edən, ona inamımızı göstərən cümlələr qurmaq vacibdir. Gündəliyində zəif qqiymətlər varsa, ikinci yarımildə düzənli çalışıb yaxşı nəticə nümayiş etdirəcəyinə inancınızı göstərin. Hər hansısa problemi olduqda mütləq sizinlə paylaşmasını, özünü ifadə etməsini təmin edin.
 
6.Son iki gün evdə olun !
Tətilin son iki günü səyahətə çıxmamaq, səyahətdən qayıdışın son günlərə saxlanılmaması gərəkdir.  Xüsusən də uşağın son iki günü öz evində, öz düzənində keçirməsi məktəbə olan motivasiyasının azalmaması üçün önəmlidir.
 
7.Alış – veriş mərkəzindən uzaq tutun !
Xüsusən bazar gününün alış – veriş mərkəzi kimi qapalı məkanlarda keçirilməməsi, uşağın çox yorulmayacağı, bir iki saatdan az olan açıq mühitin olması tövsiyə edilir.
 
8.Məktəb ləvazimatlarını birlikdə gözdən keçirin !
Övladınızın həm dərs prosesinə alışması, həm də məsuliyyəti ala bilməsi üçün çantasını, əksik olan əşyalarına nəzər salmasına şərait yaradaraq çatışmayanları birlikdə tamamlayın, paltarları birlikdə seçin.
 
9.Evdar anasınızsa xüsusi diqqət !
Əgər evdar qadınsınızsa şübhəsiz ki, uşağıınızla daha çox zaman keçirmə şansınız olub. Yarımil tətilindən sonra, xüsusilə də əgər övladınız birinci sinifə gedirsə sizdən ayılmaq istəməməsi başqa bir problemdir. Buna görə də uşağınızla çox söhbət etmək, sizdən ayrı qalmaqla bağlı qayğıları varsa hislərini ifadə etməsinə şərait yaratmaq, məktəblə bağlı motivəedici sözlər demək lazımdır. 
 
10.“Iynəni özünüzə batırın” !
Uşağınızın məktəbə hazırlığının ikinci dönəmi sizin də valideynlik baxımından  ikinci dönəminizdir. Bu məsələ ilə bağlı öz tutumlarınızı gözdən keçirin.

 
HAZIRLADI: SEVİNC MƏMMƏDKƏRİMOVA
 

ŞƏRH YAZIN