Psixoloq Osman Baş, " İnternet uşaq baxıcısı deyil. Uşaq ata və anası, bacı – qardaşları, dostları ilə vaxt keçirməlidir " deyərək ailələrə tövsiyələr verdi...
Son illərdə artan internet və sosial media istifadəsinin uşaq və xüsusən də gənclərin inkişafına mənfi yöndə təsiri məlumdur. İnternetdə qədərindən çox zaman keçirmək uşağın sağlamlığına pis təsir edir. Əgər uşağın internetdə keçirdiyi zaman onun yaxın çevrəsi ilə münasibətlərini pozmursa onda bundan qorxmağa ehtiyac yoxdur. Uşağın internetdən istifadəsi ilə bağlı ananın da etdiyi səhvlər vardır. Anaların hər zaman uşaqları ilə maraqlanmaları lazımdır. Uşağın əlinə telefon verib və ya komputer qarşısında oturdub vaxtını keçirməsini təmin etmək yanlış davranışdır. Çünki, internet uşaq baxıcısı deyil ! Uşağın ailəsi və yaxın çevrəsi ilə daha çox zaman keçirməsi düzgün bir sosiallaşmadır. Uşaq kompüter qarşısında oturanda ona yemək gətirməyin. Uşaq üçün alternativ variantlar yaradın, hobbisini formalaşdırın. Yemək və ya çay saatlarında kompüter başında servis etməyin. Uşaqların internetdən düzgün istifadəsinə nəzarət edin !
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA