Məktəb Fobiyasını Önləmək Üçün Tövsiyələr...

0
2346
Məktəb Fobiyasını Önləmək Üçün Tövsiyələr...

Məktəb fobiyası ilə necə baş etmək lazımdır? Bu fobiyanı yaşayan şagirdlərə valideynlər necə davranmalıdır? Budur mütəxəssisdən tövsiyələr... İlk olaraq qeyd olunur ki, uşaqların narahatlıqlarını ələ salmayın. Birinci sinif uşaqlarının məktəbə uyğunlaşa bilməsi mövzusunda valideynlərin diqqət etməsi gərəkli olan önəmli ayrıntıların olduğu qeyd olunur. Bu məsələ göz önündə olsa da bəzən müxtəlif problemlər üzündən vəziyyətə laqeyd yanaşılır. Amma onu da qeyd edirlər ki, əgər laqeyd yanaşma uzun müddətli olsa uşaqlarda davamlı olaraq məktəbə, müəllimə və topluma qarşı qorxu yaranar. Uşaqların uzun müddət məktəb fobiyası yaşamaması üçün ana və ata xüsusən aşağıdakılara diqqət yetirməlidir:

1. Məktəbə getmək istəməməsindən dolayı uşağı günahlandırmamalı, qorxusu və göz yaşları ilə ələ salınmamalıdır.

2. Ilk günlərdə mütləq giriş zəngindən əvvəl  məktəbdə olmalı, sonradan sinifə gələn şagirdlərdə qayğı və qorxu daha çox gözləmlənir.

3. Məktəbin ilk günlərində uşağın qarışıqlığa və yad bir məkana alışması çətin olacaqdır. Bundan dolayı ana və ya ata uşağı alışsın deyərək, “üzmək öyrənməsi üçün dərin hovuza atar” kimi toplumun içində tərk edib həmin dəqiqə ordan ayrılmamalı, müəlliminə, yoldaşlarına alışması üçün ona zaman verməli və yanında olmalıdır.

4. Uşağınız ailədən ilk dəfə ayrılırsa bu ayrılığın uzun müddətli olmayacağı, təkrar ailə ilə birlikdə olunacağı uyğun bir dillə izah olunmalıdır.

5. Uşaqdakı “davamlı ağlasam anam həmişə məktəbdə yanımda qalar” düşüncəsinə qarşı qərarlı durmalı, duyğusal davranmamalıdır. Ilk günlərdəki vidalaşmalar qısa olmalı, hadisəni “əsgər yola salma və ya qız köçürmə mərasiminə” çevirməməli, yetkin insan olaraq duyğularımızı idarə etməliyik.

6. Ilk həftələrdə məktəb və ya müəllim haqqında olan danışıqlarımıza diqqət etməli, qayğı və narahatlıqlarımızı uşağın yanında aşkar etməməliyik. Çünki, unutmaq olmaz ki, qorxu və narahatlıq yoluxucudur, uşaqlar tərəfindən tez hiss olunar.

7. Ailə içindəki münasibətlərimizə diqqət etməli, uşağın diqqətini evdə qoyacaq şiddət sərgiləyən davranışlardan və sözlərdən uzaq durmalıyıq.

8. Uşağın təlimi ilə əlaqəli iki böyük qurum ailə və məktəbdir. Valideyn – müəllim münasibətləri mümkün olduğu qədər səmimi və dəstəkləyici olmalı, uşağımızın şəxsiyyət xüsusiyyətləri müəllim ilə paylaşılmalı və məlumatlandırılmalıdır.

9. Həyəcanlı istəkli bir başlanğıc uğuru özü ilə gətirməklə bu motivasiyanı təmin etmək bizlərin əlindədir. 


HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN