Uşaqlara Məsuliyyət Hissini Necə Aşılamaq Olar?

0
4677
Uşaqlara Məsuliyyət Hissini Necə Aşılamaq Olar?

Uşaqların cəsarətləndirilməsi və yönləndirilməsi gərəkdiyini söyləyən ailə  terapevti Şamil Sarıbaş, uşaqlarda məsuliyyət hissini açıqladı... Uşaqlarımıza məsuliyyət aşılamaqdan əvvəl məsuliyyət anlayışı üzərində yetərincə düşünmüş olmaq işimizi çox asanlaşdıracaqdır. Məsuliyyət nə deməkdir, necə alınır yoxsa verilir mi? Övladıma niyə məsuliyyət hissi aşılamaq istəyirəm? Düzənli, bacarıqlı, xoşbəxt, varlı olsun deyə mi ya da digərlərinin ehtiyaclarına empatik yanaşsın deyə mi? Biz nə qədər məsuliyyətliyik? Məsuliyyət sahibi olmaq işlərimizə necə kömək edir, işə yarayırmı? Məsuliyyət toxumu çox erkən yaşlarda səpilir. Izin verildikdə və şərtlər uyğun hala gətirilikdə uşaqlar məsuliyyət almaq və öyrənmək mövzusunda əslində çox hazır vəziyyətdə olurlar. Yaşına, inkişafına uyğun edə biləcəyi və etmək istədiyi işləri onun xoş qarşılayacağı bir dillə ifadə etdikdə zövqlə edəcəkdir. Çox zaman sadəcə cəsarətləndirmək, yönləndirmək və bilgi vermək uşaqları rahatladıb fəaliyyətlərinə müsbət təsir edər. Ev işlərində uşaqların edə biləcəyi bir çox iş var. Yaxşı bir planlaşdırma ilə evdə kimin nələri edə biləcəyi müəyyənləşdirilsə uşaq həm ortaq yaşamın məsuliyyətinin nə məna verdiyini erkən yaşlardan etibarən öyrənmiş olur, həm də özünü ailənin həqiqi üzvü, parçası hiss edər. Iş bölümü uşağın maraqlarına, inkişafına və ehtiyaclarına uyğun olarsa, xüsusilə ona seçim haqqı verildisə bundan sonrası qərarlı olmaqla təmin ediləcəkdir. Uşaq çətinlik çəkə bilər, işi yarıda buraxa bilər. Bu vəziyyətlərdə uşağınızı dəstəklər, məlumatlandırar və cəsarətləndirsəniz işə yenidən təkrar yönələcəkdir. Edə bildikdə, etdiyi iş üçün, etmə istəyini, cəhdini, yardım etmək arzusu üçün təşəkkür etsəniz daha da motivə olacaqdır. Məsuliyyətlə əlaqəli hədəfinizdə uşağın özünü qane edə bilməsi duyğusu olduqda vəziyyət daha fərqli olacaqdır. Önəmli olan bizim yada həyatımızdakı digər şəxslərin istəklərini yerinə yetirməsi deyil öz ehtiyaclarını qarşılaya bilməsi və digərlərinin ehtiyaclarına empatik şəkildə yaxınlaşa bilməsidir. 


TƏRCÜMƏ ETDİ: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN