Bədən Dili; Sənə Əslində Nə Demək İstəyir

0
4903
Bədən Dili; Sənə Əslində Nə Demək İstəyir

 

Nə yaxşı ki, cinsi davranışlar üzrə ixtisaslaşmış minlərlə mütəxəssis var. Bir qadın olaraq nəyin bir dəvət, nəyin itici bir ünsür olduğunu bilməməyiniz üçün bəhanə yoxdur!

Onun bədən dilini düzgün oxuya bildiyin müddətdə sizə gizli hansı mesajlar verdiyini başa düşəcəksiniz və siz də kartlarınızı ona görə oynayacaqsınız. Bəlkə bu hərəkətlər münasibətinizin taleyini dəyişəcək və o görüş bəlkə də daha ciddi bir əlaqəyə çevriləcəkdir. 
Budur, sizin və onun, bilərək və ya bilməyərək etdiyi hərəkətlər və hansı mənaya gəldikləri...
*Qollarını davamlı oynatmaq- Müsbət işarət deyil. Barmaqlarını da masaya vurursa heç ümid yoxdur.
*Toxunma - Toxunma, qarşımızdakı, xüsusilə də bir yad insana, olduqca erotik bir hərəkət olaraq görülür. Öz-özünüzə toxunmanızdan bəhs etmirəm. Qolunuza və yaxud boynunuza toxunmağınız, onun sizə toxunmasından xoşlanacağınızı göstərir. 
*Ağzınızı qapatmağınız - Özünüzə güvənmədiyinizi göstərir.
*Göz təması - Əgər biri gözlərinizin içinə 3 saniyədən çox baxırsa, sizə güvən və dürüstlük mesajı göndərmişdir. Gözlərinizə baxmağı sevir və reaksiyanızı görmək istəyə bilər. Əgər birindən xoşunuz gəlirsə, göz təmasını ən vacib bir açar olaraq görün. 
*Ayaqlar- Əgər birindən xoşunuz gəlirsə, ayaqlarınızı ona doğru çevirərsiniz. Eyni vəziyyət dizlər üçün də keçərlidir.
*Baş və ya qulaqlar ilə oynamaq- Bu şəxs içində olduğu situasiyadan utanır.
*Geniş açılmış gözlər - Bir insan sizinlə danışarkən gözlərini anidən və çox artıq açırsa, diqqətli olun. Bu hal əsəbi və dəyişkən bir xarakterin göstəricisi ola bilər.
*Udqunmaq- Qırtlağın aşağı və ya yuxarı doğru hərəkət etməsi stress və ya utanc işarəsidir. 
*Əlləri boyun arxasına almaq- Sadəcə idarəni  həmişə əlində saxlamağa alışmış birinin edəcəyi bir hərəkətdir.
*Qolları bağlamaq - Nə qədər məsafəli! Eyni zamanda gərginlik və sıxıntıya da işarət edə bilər.
*Əsnəmə hərəkətləri - Söylədiyiniz ilə eyni fikirdə olmadığı mənasına gəlir.
*Boğaz təmizləmək - Narahatlıq və ya əks fikirdə olduğununun göstəricisidir. Əgər biri boğazını təmizləyirsə, danışılan mövzunun dadsız olduğunu və yaxud da doğru olmadığına dair danışacaq olduğuna hazırlaşır deməkdir.
*Göz qırpmaq- Bu, dostcanlı və sonu açıq bir hərəkətdir. Bu insan sevilmək istəyir.
*Başın geriyə atılması- İnsanlara yuxarıdan baxmaq mənasına gəlir.
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN