Diqqət! Diqqət! Diqqət!

0
3213
Diqqət! Diqqət! Diqqət!

BƏDƏN DİLİ DAXİLİMİZDƏKİLƏRİN XARİCDƏ ƏKS OLUNMASIDIR !

BƏDƏN DİLİ -   Ünsiyyətimizin əsas hissəsini sözsüz ki, ünsiyyət vasitəsi meydana gətirir. Sözsüz ünsiyyət, şəxslər arası ünsiyyət zamanı şifahi ünsiyyətlə bərabər təsirli olan susma, səsin tonu və ahəngi, məkan, rəng və geyim kimi ünsürlərlə birlikdə bədən dilini əhatə edir.

Şəxslərlə ünsiyyətdə bədən dilinin çox mühüm bir yeri vardır. Bədən hərəkətlərinin və bədənin məkandakı mövqeyinin ünsiyyət baxımından əhəmiyyəti cox böyükdür və şəxs çox vaxt bədən dilinin ifadəsindən qaça bilməz.


ALMA YEMİŞ “ADƏM” - Qırtlaqdakı çıxıntının şüursuzca yuxarı və aşağı doğru hərəkəti şəxsdəki narahatlığı, qorxunu stressi göstərər. Ayrıca  dinləyici mövqedəki fərdin etdiyi bu hərəkət, müsahibin fikirlərinə, dünya görüşünə diqqətə çarpacaq bir şəkildə müxalif olmasının və xoşlanmadığının göstəricisidir.


QOLLAR - Müdafiəçi , özünü güvəndə hiss etməyən, stress altındakı fərdlərin sərgilədiyi bir davranış şəklidir. Əgər fərd əlləriylə bədənini də möhkəmcə tutursa, bu əsəbilik halı və narahatlıq və qorxu göstəricisidir. Əllər qolların üzərində sinənin altındadırsa -  qürurluluq və eyni fikirdə olmamanın göstəricisidir.


OTURUŞ - Yanında oturan şəxsə qarşı duyulan mənfi hisslərin ifadəsi olan bu oturuş forması ilə birlikdə, bədən duruşu da fərd haqqında fikir verə bilər. Məsələn; dik oturuş canlılığın, enerjinin işarəsiykən, çökmüş duruş fərdin utancaqlığını və ruhi vəziyyətinin o an üçün yaxşı vəziyyətdə olmadığının göstəricisidir.

Bunun yanında oturduğu yerin ucuna ilişmə daxili gərginliyin və qalxıb getmə istəyinin bir ifadəsiykən, oturulan sahəni örtmək vəziyyəti, məmnuniyyətə işarədir. Şəxsin digər bir adamın yanına oturması güvən, əməkdaşlıq və müsbət duyğuları göstərərkən, daha çox şəxsin yan-yana oturması xarici mühitə qarşı birlik və ortaq bir cəbhə meydana gətirmək mesajını verər.

Oturma mövqeyində qıçlar düz qapağında qatlanaraq kürsü altına doğru meyllənərsə bu vəziyyət, fərdin olduğu mühitdəki narahatlığı və gərgin olduğunun göstəricisidir. Tam əksi isə güvənin və məmnun olmanın göstəricisidir. Fərdin ayaqları qabaqda və əlləri düzlərinin üzərində ya da divan və ya kürsünün kənarındadırsa, olduğu mühitdən sıxılmasının göstəricisidir.


ÜZ - İfadəsiz bir üz, donuq baxışlar, bağlı dodaqlar, gərilməmiş çənə, boyun və üz əzələləri Xüsusilə ticərət mərkəzlərində, liftdə və kütləvi nəqliyyata vasitələrində müşahidə olunan bu üz ifadəsi sakitliyin bir ifadəsi kimi görünsə də verdiyi mesaj ‘məni narahat etməyin’ dir.

Başqalarına qarşı məsafə qorumaq məqsədi ilə sərgilənən nəzakətli bir kənarlaşdırma üsulu olaraq qəbul edilir.


GÖZ TƏMASI - Şəxsin digərləri ilə qurduğu göz təması güclü duyğuları, fərdin özünə və qarşı tərəfə güvən mesajını çatdırar. Mədəniyyətə müvafiq olaraq bu durum Cənubi Avropada davamlı göz təması müsbət qarşılanarkən, yaponlarda göz təmasından xüsusilə qaçınılar və qarşıdakı fərdin boyuna baxılar. Yaponiya mədəniyyətində göz təması böyük mədəniyyətsizlik və hörmətsizlik kimi qəbul edilir.

Hessin ‘The Tell -Tale Eye’ kitabında qeyd olunur ki,  göz bəbəkləri müstəqil hərəkət etdikləri üçün gözlər ən doğru mesajı verirlər. Şəxsinin ruhi vəziyyəti dəyişdikcə göz bəbəkləri də böyüyər və ya kiçilər. Həyəcanlanan şəxsin göz bəbəkləri böyüyərkən qızğın fərddə bu vəziyyət tərsinə dönər.


GÖZ QIRPMA - Şəxsdə normal göz qırpma refleksi dəqiqədə ortalama 20 dəfə və hər bağlı qalma müddəti ortalama saniyənin dörddə biridir. Daha sürətli göz qırpma hərəkəti stressin əlamətidir.

1996-cı il prezident seçkilərindən əvvəl aparılan bir müzakirədə namizəd Bob Dola dəqiqədə 147 dəfə, yəni normalın 7 qat çoxu ilə göz qırpmış, Bill Clinton isə 99 dəfə qırpmış lakin o günlərin həssas mövzusu olan gənclərin narkotik istifadəsinin artımı sualıyla qarşılaşdığında bu ədəd 117 yə çıxmışdır.


QAŞLAR - Qaşın aşağıya salınması əsəbilik halının, məmnunsuzluğun və eyni fikirdə olmamanın, göstəricisidir.

Tək qaşın diqqətə çarpan bir şəkildə qalxmış olması isə inancsızlığın, şübhənin, sürprizlə qarşılaşılmanın , qarşı tərəfdəki adamı kiçik hesab etmənin və qürurlu olma halının göstəricisidir.


BAŞ - Rədd etmə və təsdiq işarəsi olaraq baş yelləmə istisna olmaqla başın duruş mövqelərinin bir sıra mesajları vardır. Başın normal mövqedə olduğu vəziyyət neytral bir mesaj verər. Bundan əlavə başın önə doğru azacıq əyilməsi müsahib ilə maraqlanmanın və şəxsə diqqətin göstəricisidir. Başın aşağıya doğru çox əyilməsi isə mənfi, mühakimə edici və təsdiqlənməyən bir fikrin ifadəsidir.


ƏL BAŞIN ARXASINDA - Tək əlin baş arxasına aparılması əmin olmama halının, şəxsin başındakı qarışıqlığın, qarşısındakı ilə eyni fikirdə olmamasının və mənfi duyğularının işarəsidir. Bundan əlavə iki əlin birdən başın arxasına qoyulması və arxaya doğru bədənin əyilərək oturulması isə dominant olma halının, canlılığın özünə güvənin və ‘hər şey nəzarət altındadır’ mesajının göstəricisidir.


ƏLLƏR OMBADA - Əlləri ombalara qoyma hərəkəti tədbir görməyə hazırlanma, idarəni ələ alma və meydan oxuma halının göstəricisidir. Əgər dirsəklər daha çox geriyə doğru açılsa bu üst bədəni daha böyük göstərmə və daha güclü görünmə istəyidir.


OVUC AŞAĞIDA - Danışarkən ya da dinləyici ikən ovuc içləri aşağıya dönük bir şəkildə əllərin istifadə edilməsi iddialı olmanın, özünə inamın, və dominant görünmə istəyinin göstəricisidir. Ovuc içlərinin bu vəziyyəti mədəniyyətlərə görə müxtəlif mənalar daşımaqdadır. Ərəb ölkələrində ‘xeyr’, Yunanıstan da ‘cəhənnəmə ki’, italiyada seksual alçaltma hesab edilməkdədir.


OVUC YUXARIDA - Ovuc içlərinin yuxarıya dönük bir şəkildə aparılan danışıq dürüstlüyün, asan incidilə bilmənin, qeyri-təcavüzkar bir forma və ruh halının, qarşı tərəfdəki şəxslə müttəfiq olmanın göstəricisidir. Hədə-qorxu gəlməyən bir ifadə tərzidir.


ÖZÜNƏ TOXUNMA - Şəxsin öz bədəninə xüsusilə üz bölgəsinə və dodaqlarına toxunması şübhə, qorxu, əmin olmama halı və narahatlığın bir əlamətidir.

 

"Cazibə Qüvvəsi" Fərdi İnkişaf Jurnalı

ŞƏRH YAZIN