Atanın 4 oğluna verdiyi dərs!

0
11821
Atanın 4 oğluna verdiyi dərs!

 Bir zamanlar dörd oğlu olan müdrik bir qoca var imiş. Oğullarına tez tələsik qərar verməmələrini və tez mühakiməli olmamalarını öyrətmək üçün dərs vermək istəyirmiş. Hər birini növbəylə uzaq bir yerdə olan ağaca qulluq etmələri üçün göndərir. Böyük oğlu Qışda gedir, ikincisi Yazda, üçüncüsü Yayda, sonuncusu Payızda gedir. Sonra bir gün hamısını bir yerə toplayır və nə gördüklərini soruşur.


*Böyük oğlu ağacın çirkin, yaşlı və qupquru olduğunu söyləyir.

*İkinci oğlu başqa fikirdəydi "Xeyr, Çiçəkləri vardı və qoxusuyla görünüşüylə o qədər möhtəşəm idi ki, daha əvvəl heç belə bir gözəllik görməmişdim" deyir.

*Üçüncü oğlu "Yam yaşıl və çox gözəl idi" deyir.

*Ən kiçik oğlu, hamısının da haqsız olduğunu və ağacın meyvələrlə dolu, capcanlı olduğunu bildirir.

Müdrik ata oğullarına hamısının haqlı olduğunu söyləyir, çünki hər biri fərqli mövsümlərdə bu ağacı görməyə getmişdilər... Onlara "Bir ağacı və ya bir insanı, qısa bir müddət və ya bir mövsüm tanıdıqdan sonra mühakimə edə bilməyəcəklərini" izah etmişdi artıq. 

- "Gerçəkləri ancaq sonunda, dörd mövsümü də yaşadıqdan sonra görərsiniz.." deyir.

Əgər qışdan imtina etsəniz, yazın nemətindən də olarsınız, yazın gözəlliyindən və Payızın bərəkət və bütünlüyündən də. Bir mövsümün çətinliyinin digər gözəl mövsümləri silməsinə icazə verməyin. Həyatınızı bir mövsümü üzündən mühakimə etməyin. Unutmayın ki, gələcəkdə bu ankı zamanı axtara bilərsiniz və ya daha gözəl, günəşli günləri yaşamağı qaçıra bilərsiniz.

ŞƏRH YAZIN