Bəzən ayaq saxlamaq lazımdır

0
19163
Bəzən ayaq saxlamaq lazımdır

 Gənc iş adamı yeni " Yaquar " ı ilə bir küçədən sürətlə keçirdi. Birdən gözünə nə isə sataşdı. Qeyri-ixtiyari sürətini azaltdı. Bu vaxt maşınının qapısına nə isə dəydiyini hiss etdi. Maşını saxladı. Bu balaca bir daş idi. Daşın atıldığı tərəfə baxdı. Qarşısında balaca bir uşaq dayanmışdı.

Özünü saxlaya bilməyib qışqırmağa başladı: 

- "Sən kimsən? Bu daşı niyə atdın? Sənin atdığın bu daşın mənə neçəyə başa gələcəyini bilirsənmi?"

Uşaq yalvararaq cavab verdi: 

- "Bağışlayın, başqa çıxış yolum yox idi. Əgər daşı atmasaydım, heç kim mənə maşın saxlamayacaqdi" 

Uşaq bir tərəfdən danışır, bir tərəfdəndə yanağından yaş süzülürdü. Əli ilə yolun kənarındakı əlil arabasını göstərdi və: 

- "Böyük qardaşım arabasından yıxıldı. İndi onu qaldıra bilmirəm. Xahiş edirəm, mənə kömək edin", - dedi. 

Bu sözlərdən sonra gənc sanki ayıldı. Yolun kənarına yıxılmış oğlanı qaldıraraq, yenidən arabasına oturmağa kömək etdi. Dəsmalı ilə üst-başını təmizlədi. Uşaq: 

- "Allah razı olsun", - deyərək təşəkkür etdi və arabanı sürərək evlərinə tərəf getməyə başladı. Gənc bir xeyli uşağın arasınca baxdı. O, maşınına qayıdana qədər sanki yol xeyli uzanmışdı. O, maşının qapısındalı əziyi heç vaxt təmir etdirmədi. Bu əziyi o gündən bir xatirə kimi saxladı. Çünki bu hadisə ona həyatda bəzən ayaq saxlamağı, ətrafa nəzər salmağı və köməyə ehtiyacı olanlara əl uzatmağı öyrətmişdi...

ŞƏRH YAZIN