Bir Saatın Qiyməti

0
13563
Bir Saatın Qiyməti

Ata hər gün olduğu kimi bu gün də işdən evə gec və yorğun gəlir. Beş yaşlı oğlu atasını qapının qarşısında səbirsizliklə gözləyirdi.

O, atasını görcək sevinclə soruşur: “Salam Ata ! Sənə 1 sual verə bilərəm ?"

Ata: "Əlbəttə!"

Oğul:"Ata sən işdə 1 saat ərzində nə qədər pul qazanırsan?"

Ata: "Bunu sən soruşmamalısan. Heç vaxt atana belə sual vermə", deyə sərt cavab verir.

Ogul başını aşağı salaraq sakitcə deyir: "Ata sadəcə nə qədər pul qazandığını bilmək istədim."

Ata : "Çox bilmək istəyirsənsə saatına 20$ qazanıram."

Usaq utanaraq: "Ata olar mənə 10$ borc verərsən?"

Ata qaşlarını çataraq cavab verir : "Əgər 1 oyuncaq almaq üçün atandan pul istəyirdinsə bu axmaq sualı verməyə də bilərdin. İndi isə get otağına və yat !"

Uşaq 1 söz demədən yataq otağına gedir və qapını astaca örtür. Ata bir neçə saatdan sonra sakitləşərək, " Bəlkə doğrudan da oğluma pul lazım idi. Axı, o məndən tez-tez pul istəmir. Gərək onunla belə kobud danışmazdım" - düşünərək oğlunun otağına üz tutur.

Ata qapını sakitcə döyərək : "Oğlum yatmısan?", deyə soruşur.

"Xeyr ata yatmamışam"- deyə uşaq cavab verir.

Ata otağa daxil olub cibindən 10$ çıxarıb oğluna uzadır. Usaq pulu götürərək sevincək halda: "Ata sağ ol!", deyərək qışqırır.

Sonra yastığının altından əzilmiş digər xırda pulları çıxardıb saymağa başlayır. Bunu görən ata bir az təəccübli bir az da acıqlı halda soruşur: "Sənin pulun vardısa niyə yenidən atandan pul istədin. O pullara nə alacaqsan?"

Uşaq sevinc dolu körpə baxışları ilə atasına baxaraq cavab verir: "Ata mənim pulum kifayət qədər deyildi. Indi isə kifayət qədər pulum var. Al bu 20$. Mən sənin 1 saatını almaq istəyirəm. Ata xahiş edirəm, sabah işdən evə 1 saat tez gəl və bizimlə şam elə ."

Bəzən həyatda ətrafımızdakı işlərə o qədər aludə oluruq ki, ailəmizlə birlikdə yetərincə vaxt keçirə bilmirik. Gəlin illər sonra, bu gün ailəmizlə istədiyimiz qədər vaxt keçirtmədiyimizə görə peşman olmayaq!

 

ŞƏRH YAZIN