Fəlsəfə Haqqında

0
2940
Fəlsəfə Haqqında

Fəlsəfə-Qədim Yunan dilində  "müdriklik sevgisi" mənasını verməkdədir. Filosof  isə "müdriklik sevən" deməkdir. Ümumi qənaətə görə  "müdrik" sözünü şişirdilmiş görən Pifaqor tərəfindən ortaya qoyulmuşdur. Səbəbi özünə müdrik deyilməsinə razı olmamağıdır. Bu TƏVAZÖKARLIQ, ancaq "müdriklik sevən" deyimi ilə aradan qaldırılar. Təvazökarlıq, kifayətlənmək, acgöz olmamaq fəlsəfə ilə məşğul olan adamın xüsusiyyətlərindəndir. Fəlsəfə ilə məşğul olmaq antik Yunanıstanda ümumi çərçivəsi çəkilmiş düşüncə fəaliyyətidir. Müdriklik kimi üstünlük kəsb edən bütün sifətlər daxil olmaqla, maddi dünyanın iştahlarından sıyrılmağı tələb edir. Maddi dünyadan sıyrılmaq, duyğulardan xilas olmaq, sadə bir iş deyil. Həyatın prioriteti bu fiziki ehtiyacları tamamlamaqdır. Ancaq maddi ehtiyacları tamamladıqdan sonra fəlsəfə ilə məşğul ola bilərik. Bu tamamlamaq düşüncə ilə bu ehtiyacları aradan qaldırmaq şəklində də reallaşa bilər. Fərd əvvəl fiziki gərəkləri sonra da ictimai gərəkləri aradan qaldıraraq (onlardan xilas olaraq) filosof ola bilər.

Fəlsəfəyə, müdriklikdən sonrakı mərhələdir, deyilə bilər. Müdrik olmağı aşmaq isə təvazökarlıq ilə reallaşar. İnsan müdrik/bilikli olduqdan sonra bundan sıyrıla bilərsə, fəlsəfə ilə məşğul ola  bilər. Bunu həyatın hər anında da yaşaya bilər, müəyyən bir mövzu üzərinə də cəmlənə bilər. Fəlsəfəni yaşayanlara filosof deyilir. Həyatlarının hər anında fəlsəfi yaşayar, gündəlik hadisələri fəlsəfələrinin bir nümunəsi olaraq görərlər. Fəlsəfə, hadisələrin, faktların təməllərinə və dayaqlarına enər. fəlsəfə-haqqında bir mövzuda məlumat sahibi olmaq adamı ağıllı edə bilər. Yalnız bilgi ilə filosof olunmaz. Filosof məlumatın kənarındadır. Öyrənmək, əldə etmək deyil, onu sorğulamaq, şübhə etmək istəyindədir. Araşdırmaq, incələmək, ardına baxmaq onların fəaliyyətidir. Fəlsəfə xaricdən əldə edilməz, xaricdən öyrənilməz. Məlumatı başqa insanlardan əldə edə bilərik, amma fəlsəfəyə özümüz çatmalıyıq. İnsan ancaq məlumat, şəxsiyyət, zənginlik, zövq kimi istəkləri tərk edə bilsə, filosof ola bilər. Fiziki dünya fəlsəfi sorğulamanı çətinləşdirər. Ən yaxşı və ən sadə düşüncələr belə xaricdən gəlməz. Fəlsəfə öyrənilməz. Fərd öz-özünə fəlsəfi sorğulamalar etməlidir. Fəlsəfə üçün təvazökar və maraqlanan olmaq lazımdır. Bunun səbəbi də əvvəlcə maddi dünyadan sıyrılmaq, ardından çöldən baxaraq hadisələri anlaya bilmək üçün maraqlanmaqdır. Əvvəl gündəlik ehtiraslardan sıyrılmaq, sonra da izah edə bilmək üçün sadə və təvazökar olmaq filosofun təməl xüsusiyyətlərindəndir.
 
 
 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN