Nlp: İnancların Modelləşdirilməsi

0
1998
Nlp: İnancların Modelləşdirilməsi

 İnanclar davranışlarımızın arxasındakı ən önəmli zehni qəliblərdir. İnanclar davranışlarımıza təsir edər. Şüuri və ya qeyri-şüuri nəyə inanırıqsa, (doğru və ya səhv, fərq etməz) ona görə hərəkət edərik. Bu səbəbdən, modelləşdirmədə nəyi nə üçün etdiyimizin arxasında inanclar olduğuna görə, onlar əhəmiyyətlidirlər.


Yaxşı etdiyiniz bir şeyi düşündüyünüz zaman arxasında bir çox inanc vardır. Bunun tam əksi də doğrudur. Əgər, sizin üçün bəzi şeylər asan deyilsə, yenə inanclarınız o istiqamətdə inkişaf etmişdir.

Məsələn, tennis oynamağı bacarmırsınızsa; adətən kifayət qədər sınamadan və bəlkə yaxşı bir müəllimdən dərs almadan, bir neçə uğursuz sınaq sonrası Tennisin çətin olduğunu və edə bilməyəcəyinizi, bu sahədə qabiliyyətinizin olmadığı ilə bağlı daxili təmsilləri yaradaraq bunlara inana bilərsiniz.

Usta bir tennis müəllimi deyir: "Tennis müəllimliyi etdiyim 11il ərzində qabiliyyətsiz olduqlarını düşünən yüzlərlə insan mənimlə birlikdə yenidən Tennisin asan olduğunu gördü. O insanlar qabiliyyətli olduqları halda, özlərinə görə bir bacarıq daxili təmsili yaradaraq ona görə davranmışlar. Daha sonra qabiliyyət anlayışına baxış bucaqlarını dəyişdirdilər və özləri də dəyişməyə başladılar."

Ətrafımız biz gözəl ya da yaraşıqlı hesab etdiyimiz halda, özlərini işə yaramaz olduğunu düşünən insanlarla doludur. Yenə ətrafımız qabiliyyətli insanlarla əhatəli olduğu halda, özlərini həmişə qabiliyyətsiz və işə yaramaz görərlər. Bu səbəbdən, insanın özü haqqındakı inancları birinci dərəcədə əhəmiyyətli rol oynayır.

Yenə eyni tennis müəllimi danışır: "Bacarıqlarına güvəndiyim və bir zamanlar ilk məşqçisi olduğum bir tennis şagirdim özünə güvənsizliyinin bədəlini milli komandaya daha gec qatılaraq ödədi. Həmçinin, onlarla tennis şagirdim əvvəllər özlərini qabiliyyətsiz hesab edirdi. Tennisin çətin olduğunu və öyrənə bilməyəcəklərini düşünən tələbələrim də 1-3 ay ərzində çox böyük irəliləyişlər qeyd etdikləri zaman özlərinə inana bilmirdilər."

Bu səbəbdən, inanclar bizi mükəmmələ ya da uğursuzluğa aparan bir sıra zehni proqramlardır və dəyişə bilmə xüsusiyyətləri vardır. Bir inancın istinad və dayanıqlıq sistemi nə qədər çox olarsa, bir o qədər güclü olar. Əgər inancı bir stola bənzətsək, stolun ayaqları onun istinad sistemləri olacağından, stolun sağlam və dayanıqlılığı mövzusunda bizlərə yol göstərəcək.

İnancların sağlamlığı qədər zəifliyi da referans sistemlərinin ya mənfi istiqamətdə yüklü olmasına ya da daha daha zəif alt inanclara bağlıdır. Bu səbəbdən, inancları gücləndirmək ya da dəyişdirmək üçün hər vəziyyətdə ayrı üsul istifadə edilir.

Məsələn, əgər masanızın bir ayağını yüngülcə qısaltsaq, masanın tarazlığını itirəcək və sizə güvən verməyəcəyindən ya istifadə etməyib dəyişdirəcək ya da altına bir dəstək qoyacaqsınız. İnanclarımız da eyni bu qaydalara görə işləyir. Sizin dağıdıcı və mənfi inanclarınız varsa, o inanclar haqqında şübhə yaradın. İnanca xaricdən şübhə ilə baxın. O andan etibarən mənfi inanclarınızın zəifləməyə başladığını və köhnə gücünü itirdiyini görəcəksiniz.

Bu qaydanı müsbət və sizə güc verən inanclarınıza tətbiq etməyin. Çünki, güclü inanclarınız belə zəifləməyə başlaya bilər. Əgər mümkündürsə, mənfi inanclarınızı siyahıya alın və hər birinə ayrı diqqət toplayaraq onlara xaricdən baxın. Onların gücsüz və qeyri-kafi olduğunu görün, onların varlığı haqqında şübhələnin. Onların gözünüzün qarşısında yavaş-yavaş bir qar kimi əridiyini xəyal edin.

Nəticə sizi də təəccübləndirəcək. Böyük bir yükdən xilas olacaqsınız. Sadəcə oxumayın, oxumağa ara verin tətbiq edin. Dərhal edin və fərqi görün. İnancların modelləşdirilməsinə gəlincə isə, aşağıdakı sualları cavablayın.

1. Bir şeyi etdiyiniz zaman nələr edirsiniz?
2. Bunun sizin üçün mənası nədir?
3. Əgər bunu etməsəniz, nələr olar?
4. Bu nəyə bənzəyir? Müqayisə edə bilərsinizmi?
5. İnancınıza nə və ya nələr güc verir?
6. İnancınızın qüvvətli olduğunu haradan bilirsiniz?
7. Bu inancları harada və nə zaman qazandınız?

Bir dəfə inancların cavabını ələ keçirdikdən sonra, sanki "o inanclar sizindir və doğrudur" kimi qəbul edərək davranmağa başlayın. Baxın nələr olacaq və nələr hiss hiss edəcəksiniz? Nələr dəyişməyə başlayacaq?

Psixokibernetika elminin banilərindən biri olan Maxwell bir estetik cərrahı idi. Özünü gözəl hesab etməyən və 1-2 kiçik estetik dəyişikliyin sonunda son dərəcə fərqli bir şəxsiyyətə çevrilən insanları gördü. Eyni zamanda, xəstələrindən çoxu əməliyyatlara baxmayaraq, heç bir dəyişiklik göstərmədi. Səbəbi araşdırıldığı zaman o insanlardakı təməl dəyişikliyin özləri haqqındakı daxili görünüş və inanclar olduğu müəyyən olundu. İnsanlar daxillərindəki daxili görünüş və daxili dəyərlər sistemini dəyişmədən dəyişə bilmirlər. Dəyişiklik bu iki sistemin yəni, daxili görünüş və daxili dəyərlərin dəyişməsi ilə reallaşır.

Doğru inanclar modelləşdirildiyi zaman:

• Nələri necə etməyə başlarsınız?
• Fərqli nələr edərsiniz?
• Başqa nələr edə bilərsiniz?

O zaman, vaxt itirməyin. Yeni inanclarınızı yaradın. Gələcəkdə olacağını xəyal etməyin. Zaman itirməyin. İndi etməyə başlayın. Keçmişiniz gələcəyinizi bağlamaz. Kim olduğunuz ən az kim olacağınız qədər əhəmiyyətlidir. Bu səfərdən həzz alın və özünüzü həyatın qollarına buraxın.

ŞƏRH YAZIN