Düşüncələrimiz həyatımızın etalonudur

0
3588
Düşüncələrimiz həyatımızın etalonudur

Düşündüklərimiz, danışdıqlarımız və davranışlarımız gündəlik həyatımızın meyarıdır. Nikbin düşüncə tərzi, gözəl danışıq qabiliyyəti və yaxşı davranış xüsusiyyəti, fərdi keyfiyyətlərimizi artırar və həyatımızı yaxşılığa doğru dəyişər. Bunun əksinə, bədbin düşüncələr, yersiz danışıqlar, pis davranışlar da həyatımızı bərbad edər.

Nə düşündüyümüz, nəyi çox düşündüyümüz, necə danışdığımız, necə davrandığımız həyatımızda böyük rol oynayır, həyat tərzimizi bilavasitə müəyyən edir.
 
Nəyi düşünür, nəyi danışırıqsa, onu çoxaldarıq. Nəyi düşünsək, nəyi danışsaq onu yaşayarıq. Ağlımıza və dilimizə gələn mütləq başımıza gəlir.
 
Həyatımızdakı uğur və uğursuzluqlar nəyi, nə qədər düşündüyümüzdən və nəyi, nə dərəcədə etdiyimizdən birbaşa aslıdır.
 
Nə düşünürüksə, ondan ibarət oluruq, nə danışırıqsa, ona inanırıq, nə ediriksə, onu məqsədə uyğun hesab edirik.
 
Düşüncələrimiz həyatımızın etalonudur.
 
Rəşadət Hidayətov
 

ŞƏRH YAZIN