Sizə Görə Xoşbəxtlik Nədir?

0
2917
Sizə Görə Xoşbəxtlik Nədir?

Bir ömür boyu xoşbəxtlik mümkündürmü, yoxsa həyatımızın sadəcə xoşbəxt anları ola bilər? Ümumiyyətlə, xoşbəxtlik nədir?

İnsan yaşadıqca xatirəsi anlarla dolur, həm acılı, həm şirinli. Bəzən özünü xoşbəxt, bəzən isə bədbəxt hiss edir. İnsanın ən diqqətsiz və müdafiəsiz vaxtı xoşbəxt olduğu anıdır. Ən diqqətsiz və müdafiəsiz an necə ola bilər?

Bu, insanın ətrafdan əminlik və güvəndə olduğunu hiss etdiyi an baş verir. Demək ki, insan üçün özünü əminlikdə və güvəndə hiss etdiyi anları xoşbəxtlik deməkdir.

Xoşbəxtlik, həyatda özünü tapmaqdır.

İnsanın ən diqqətsiz və müdafiəsiz vaxtı xoşbəxt olduğu anıdır.

Bəs necə əmin və güvənli ətrafa şahid ola bilərik?

Bunun üçün ilk öncə insanın özü ətraf üçün əmin və güvənli birisi olmalıdır. Sonra ətrafdan gözləyə bilər, özünün dəyişdiyi qədər gözləyə bilər. Demək ki, dəyişməyimizin ilk göstəricilərindən biri ətrafımızın nə qədər dəyişməsidir. Bu, ”mən” anlayışından “biz” anlayışına köç etməkdir.

Əslində hər tərəf Allahın nizamı olaraq inam və barış içərisindədir. Bunun insan dilindəki ifadəsinə İslam deyirik. İnsan da bu sistemə təslim olaraq qoşulmalı və öz yerini təyin edərək barış və inamın bir parçasına çevrilməlidir.

Demək ki, xoşbəxtlik elə həyatda öz yerini bilmək və bu yolun haqqını verməkdir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN