Fərdi İnkişafda NLP
NLP insanın fərdi inkişafında da müstəsna rol oynayır. Bir çox insan NLP-ni öz fərdi inkişafı üçün istifadə edir. NLP sizi məhdudlaşdıran qorxuların, vərdişlərin və buna bənzər faktorların öhdəsindən gəlib, hədəfləriniz istiqamətində dəstəkləyən yeni davranış qəliblərini yaradılmasında sizə dəstək verir. NLP-nin təməl fərziyyələri və xüsusi proqramları keçmişdən gələn qorxularınızı, məhdudlaşdırıcı inanclarınızı, zərər verən vərdişlərinizi dəyişdirməyinizdə sizə kömək olacaq çox daha təsirli həll yolları təqdim edərək, həyat enerjinizi yenidən tapmağınız üçün imkan verir. NLP bu prosesi ünsiyyət qurma, reaksiya vermə və hiss seçimini zənginləşdirərək dəstəkləyir. Daha çox varianta sahib insanlar daha məqsədəuyğun seçimlər edə bilərlər. Həyatınızdan məmnun deyilsinizsə, NLP sizlərə bəlkə daha əvvəl üzərində heç düşünmədiyiniz yeni həyat alternativləri təqdim edə bilər.
Psixoterapiya və Məsləhətçilik Xidmətlərində NLP
Ötən 30 il ərzində NLP xüsusilə psixo - sosial məsləhət və müalicə xidməti verən təşkilatlarda hər keçən gün daha da önəmli hal almağa başladı. Sağlamlıq sahəsində NLP istifadəsinin bu qədər yayılmasının səbəbi NLP araşdırmalarının böyük bir hissəsinin xəstələrə öz istəkləri istiqamətində dəyişmələrinə təsirli şəkildə kömək edə bilən həkim və psixoterapiya mütəxəssislərinin müalicə üsullarıdır.
Bu araşdırmalar başlamadan əvvəl müvəffəqiyyətli həkim və psixoterapiya mütəxəssislərinin istifadə etdikləri təsirli dil qəlibləri, texnikalar və üsullar NLP araşdırmaları və modelləşdirmə işləri sayəsində milyonlarla insana təsir edə bildi.
NLP fərdi inkişaf və dəyişmə prosesində istifadə edilən və qalıcı nəticələr təmin edən bir çox texnika və üsul ehtiva edir. Bu üsullardan bəlkə ən tanınmış olanları fərdi qorxu və fobiyalardan xilas olmaq üçün istifadə olunan "NLP Fobiya texnikası" dır. İllərdir davam edən və bəlkə də həyatınızı davamlı məhdudlaşdıran (məs. Yüksəklik yada təyyarə qorxusu və s.) fobiyalardan NLP texnikaları ilə çox qısa müddət ərzində xilas ola bilərsiniz.