1. Mətn oxuyan zaman hər bir hərf beynə ayrıca siqnal vahidi kimi göndərilir. Özü də, tərsinə çevrilmiş şəkildə. Beyin bunları düz üzünə çevirir. Gördüyümüz hər şeydə belədi. Bu proses “invertation” adlanır.
2. Düzgün oxuma üçün əsas şərt: cümlədə sözlərin baş və son hərflərinin düz olmasıdır. Söz ortası hərf səhvlərini (yaxud tire ilə əvəzlənməklə ixtisar olunmuş hərfləri) beyin avtomatik düzəldir. Burda həmçinin, konkret sözdən əvvəlki və sonrakı sözlərin təsiri var.
3. Sürətli oxuma zamanı gözlər ləng oxumaya nisbətən az yorulur. Digər fakt: orta sürətlə oxuma zamanı mətnin başa düşülməsi təxminən 60 faiz, sürətli oxumada 80 faiz olur.
4. Mətn oxuyan zaman gözlər əksərən fərqli nöqtələrə fokuslanır, yəni sağ göz bir hərflərə, sol göz başqalarına.
5. Orta oxuma qabiliyyətli adamın gözləri kitabın hər sətrində 12-16 dəfə fokus dəyişir. Sürətli oxu qabiliyyətli adamda cəmi
2-4 fokus dəyişimi olur. O deməkdir ki, gözlər hər sətri müvafiq sayda (3, 5 və s.) seqmentə bölüb,bunları ayrıca “skan” edirlər. Yeni oxumağa başlayan adamlarda (yaxud, yeni öyrəndiyi dildə oxuyanda) bu rəqəmlər daha çox olur.
6. Bir saat mətn oxunuşunda gözlər maksimum 57 dəqiqə iş rejimində olur. 3 dəqiqəni istirahət edirlər. Biz bunu adətən hiss etmirik.
7. Oxumağı bacaran adamların 95 faizi hər dəqiqədə 180-220 söz oxuya bilirlər. Başqa sözlə, normal kitab səhifəsini oxumaq 1,5-2 dəqiqə vaxt aparır.
8. Qısa sətirlər (məs., mətnin qəzetdə qısa sətirli sütunlara bölünməsi) adamlar üçün cəlbedicidir, amma bununla oxuma sürəti azalır. Başqa sözlə, maksimal sürətlə oxumaq üçün sətrin optimal uzunluğu var. Bu, orta ölçülü kitabın sətridir.
9. Eyni mətni kağızdan oxumaqla müqayisədə, monitordan oxumaq beyindən 25 faiz artıq enerji sərfiyyatı tələb edir. Çünki bu zaman beyin monitordan qəbul etdiyi işıq şüalanmasını da təhlil edir. Buna görə, kağızdan oxumaq daha sürətli başa gəlir, nisbətən az yorucudur.
Korrektor:Əhmədova Sevinc