Bapbalaca boyu var ...

0
2950
Bapbalaca boyu var ...

 Bapbalaca boyu var amma siz onun uğuruna bir baxın. Taa körpəlikdən uğuru qarşısına hədəf qoyan balacanın hekayəsi təqdirediləsidir.


Rayan Rossun 3 yaşı olduqda o, evlərinin arxa hissəsində toyuq ferması təşkil etmişdi. Əvvəlcə Rayanın 60 toyuğu var idi və onların düjününü (1 düjün=12 ədəd) 3 dollara satıb gününə 15 dollar qazanırdı.

Sonra bu qazanc ona çox az göründü və o, yeni işlə məşğul olmağa başladı. Rayan qazonları biçməklə məşğul oldu. Qazonbiçən maşınlar ağır olduğuna görə onları idarə etməyə gücü çatmadığından yaşca böyük dostlarını bu işə qoşdu. Onlara saatı 15 dollar ödəyir, işin müqabilində isə müştəridən 20 dollar alırdı.

- Beləliklə, özü heç bir iş görmədən saata 5 dollar qazanırdı, - Rossun anası deyir, - Növbəti şirkət ilə də belə hal oldu. Qazonu sulamaq üçün müştəridən 200 dollar alırdı, işi icra edənlərə isə 100 dollar verirdi. Bunlar hamısı onun öz ideyaları idi.

İndi Rossun 10 yaşı var. O, 4 kompaniyaya sahibdir, şəxsi əmlakı artıq milyon dollara çatmışdır.
Rayan özü sərbəst olaraq qərar qəbul edərək öz puluna mülklər almışdır. İndi onun 6 mülkü vardır, şəxsi əmlakı isə 900 min dolları keçmişdir. Rayan hokkey və basketbol meydançaları, 4 min ədəd kitab almışdır. Amma valideynləri icazə vermədiklərinə görə onun şəxsi mobil telefonu yoxdur.

ŞƏRH YAZIN